Azərbaycanın qadın voleybolçulardan ibarət yığma komandası Avroliqanın cavab yarımfinal görüşünə çıxıb. Faiq Qarayevin yetirmələri finala çıxmaq uğrunda Yunanıstanla mübarizə aparıb. Bir gün öncə Bakıda rəqibini 3:1 hesabıyla məğlub etmiş millimiz cavab görüşündə də eyni uğuru təkrarlayıb. Nəticədə, voleybolçularımız finala vəsiqə qazanıblar.Qeyd edək ki, Azərbaycan finalda Slovakiya ilə qarşılaşacaq.
Azərbaycan - Yunanıstan 3:1 (25:22, 9:25, 25:15, 25:16)