Argentina yığmasının və "Barselona"nın ulduzu Lionel Messi millidə karyerasını başa vurub.
Sportarena.az xəbər verir ki, Messi Amerika Kubokunun finalında Çiliyə məğlubiyətdən sonra bu qərara gəlib.
Matçdan sonra açıqlamasında futbolçu: "Mənim üçün Argentina yığmasında hər şey bitdi. Bu, mənim qərarımdır", - deyə fikir bildirib.
Finalda məğlubiyyətdən pərişan olan futbolçu milli karyerasına son verdiyini qeyd edərək bundan sonra yalnız lideri olduğu "Barselona”nın uğurları üçün çalışacağını bildirib.
Qeyd edək ki, Çili yığması ötən il də kubokun finalında penalti seriyasında Argentinaya qalib gəlmişdi.