Futbol üzrə Çili yığma komandasının hücumçusu Aleksis Sançes ABŞ-da keçirilən 2016-cı il Amerika Kubokunun ən yaxşı oyunçusu seçilib.
Sportarena.az xəbər verir ki, bu barədə turnirin mətbuat xidmətinin məlumatında bildirilir.
Çili yığması finalda oyunsonrası penalti seriyalarında Argentina millisinə qalib gələrək (4:2) Kubokun sahibi olub.
Qeyd edək ki, o, turnirin 6 oyununda üç dəfə fərqlənib və iki qol ötürməsi verib