Almaniya millisinin yarımmüdafiəçisi Məsut Özil Bundestimin tarixinə düşüb.
Sportarena.az xəbər verir ki, türk əsilli alman futbolçu "Avro-2016"nın 1/8 finalında Slovakiya ilə görüşdə penaltidən yararlana bilməyib.
Onun matçın 13-cü dəqiqəsində vurduğu zərbəni rəqib qolkiper Matus Kozaçik dəf edib. Bununla da, Özil Avropa çempionatları tarixində penaltidən istifadə edə bilməyən ilk almaniyalı futbolçu olub.
Qeyd edək ki, Almaniya - Slovakiya oyunu 3:0 almanların qələbəsi ilə yekunlaşıb.