"Avro-2016"nın 1/8 final mərhələsi çərçivəsində Belçika və Macarıstan yığma komandaları üz-üzə gəlib.
Tuluza şəhəri stadionunda keçirilən matçı serbiyalı baş hakim Milorad Majiç idarə edib. Oyunda ilk qolu 10-cu dəqiqədə belçikalılar vurub. Macarlar cavab topu vurmaq üçün irəli atılsalar da rəqib qapısına yol tapa bilməyiblər və 1:0 hesabı 68 dəqiqə dəyişməz qalıb.
Oyunun taleyinə ikinci hissədə belçikalıların iki dəqiqə fərqlə - 78 və 80-ci dəqiqələrdə vurduqları iki qol tam aydınlıq gətirib. Qarşılaşmaya son nöqtə isə 90-cı dəqiqədə qoyulub 4:0. Bu, hələ ki çempionatda qeydə alınan ən böyük hesablı qələbədir.(ans)