Azərbaycan idmançıları Tsxinvaliyə getməkdən imtina etdilər

14:56 27 İyun 2016

Azərbaycan Boks Federasiyası idmançıları Gürcüstanda birtərəfli şəkildə müstəqilliyini elan etmiş Tsxinval bölgəsinə göndərmək niyyətində deyil. 


Sportarena.az xəbər verir ki, bu barədə Azərbaycan Bok Federasiyası məlumat yayıb.


“Nə Azərbaycan yığmasının boksçuları, nə də Azərbaycan klublarının idmançıları Tsxinvala getməyəcəklər, çünki bu, separatçı bölgədir”


İyunun 25-də Tsxinvalda “Cənubi Osetiyanın Prezident Kuboku uğrunda I Beynəlxalq boks turniri” keçirilib. Yarışa Moskvadan, Krımdan, Abxaziyadan, Dnestryanı bölgədən, həmçinin Azərbaycandan, Ryazandan, Vladiqafqazdan, Çexiyadan və Qırğızıstandan boksçular dəvət olunub.


Digər xəbərlər

Xəbər xətti