Argentina millisinin daha 2 ulduz futbolçusu yığma karyerasını başa vurub.
Sportarena.az xəbər verir ki, Lionel Messidən sonra Xavyer Maskerano və Serxio Aquero da milli komandadakı karyerasını bitirdikləri açıqlayıb.
Qeyd edək ki, Argentina ABŞ-da keçirilən Amerika Kubokunda Çiliyə ardıcıl ikinci dəfə penaltilər seriyasında uduzub. Messi və Bilya qapını dəqiq nişan ala bilməyiblər.