Futbol üzrə Latviya birinci liqasında 14-cü turun oyunları keçirilib.
Azərbaycanlı futbolçular - Orxan Həsənəliyevlə Vüqar Əsgərovun komandası - "Olayne/Super Nova" da növbəti matçına çıxıb.
Sözügedən klub səfərdə liderin əsas izləyicisi "Rezekne/BJSS" ilə qarşılaşıb. Matç futbolçularımızın komandasının minimal hesablı qələbəsi ilə başa çatıb - 1:0. Vüqar start heyətdə başladığı matçın sonunadək meydanda olubsa, Orxan 46-cı dəqiqədənə mübarizəyə qoşulub. Matçdakı yeganə qolun da müəllifi komandasının bombardiri Vüqar olub. O, 75-ci dəqiqədə fərqlənməklə komandasına vacib 3 xal qazandırıb.
Bu, Əsgərovun cari mövsümdə vurduğu 19-cu qoldur. Həsənəliyev isə geridə qalan turlarda 6 qol vurub.
Qeyd edək ki, geridə qalan turlarda 25 xal toplayan "Olayne" 15 klub arasında 5-ci pillədə qərarlaşıb.