Azərbaycanlı atlet Türkiyə yığmasına 2 qızıl medal qazandırdı

17:38 27 İyun 2016

Rumıniyanın Piteşti şəhərində böyüklər arasında atletika üzrə Balkan ölkələrinin çempionatı keçirilib. 


Sportarena.az xəbər verir ki, sayca 75-ci çempionatda Türkiyə bayrağı altında çıxış edən azərbaycanlı atlet Ramil Quliyev 2 qızıl medal qazanıb.

 

26 yaşlı sprinter çempionatın ilk günündə 100 m məsafəyə yarışda 10.30 saniyəlik göstərici ilə finiş xəttini birinci keçib. O, komanda yoldaşı Emre Barnesi 0,02 saniyə üstələyib. Ertəsi gün Quliyev 200 m məsafəni 20.98 saniyəlik nəticə ilə qət edərək türkiyəli ən yaxın izləyicisini 0,18 saniyə geri qoyub.


Kişilər
100 m
1. Ramil Quliyev (Türkiyə) - 10.30 san.
2. Emre Barnes (Türkiyə) - 10.32
3. Denis Dimitrov (Bolqarıstan) - 10.47


200 m
1. Ramil Quliyev (Türkiyə) - 20.98 san.
2. İzzet Safer (Türkiyə) - 21.16
3. Panagiotis Andreadis (Yunanıstan) - 21.35


Qızıl medalçı 2400 avro, gümüş və bürünc medalçılar isə müvafiq olaraq, 2000 avro və 1600 avro qazanıb.

 

Qeyd edək ki, 16 ölkənin iştirak etdiyi çempionatda Türkiyə millisi 256,5 xalla 1-ci pilləyə sahib çıxıb. 2-ci və 3-cü yerləri isə Rumıniya (236 xal) ilə Yunanıstan (171,5 xal) komandaları tutub. (report)


Digər xəbərlər

Xəbər xətti