“Fiorentina”nın hücumçusu Mario Qomez Bundesliqaya qayıda biləcəyini deyib.
“Mən bütün təkliflərə hazıram. Nəyə görə Bundesliqadan gələcək təklif nəzərimdə olmamaldır ki?”
Qomez vaxtilə Bundesliqada “Ştutqart” və “Bayern” Münhendə çıxış etmişdi. Son mövsümü “Beşiktaş”da icarədə keçirən Qomez 33 matçda 26 qol vurmuşdu.
Qeyd edək ki, Qomezin italyan klubu ilə müqaviləsi 2017c-i yayında bitir.