"Qalatasaray" güzəştə getmir

00:28 28 İyun 2016

Maliyyə problemləri olan və heyətində bir çox istifadə olunmayan oyunçusu olan "Cimbom" bu oyunçuları da ancaq yüksək qiymətə satmağa razı olur.

Bu oyunçulardan biri də Brumadır. Ötən mövsümü “Real Sosyedad”ın heyətində keçirən Bruma üçün mübarizə aparan klublar isə “PSV” və “Porto”dur.

Holland klubu Bruma üçün 5 milyon avro təklif etsədə və bu təklif hal-hazırda oyunçu üçün gələn ən yüksək təklif olmağına baxmayaraq “sarı-qırmızılar” 8 milyon avro tələb edir.

Oyunçunun trasnferi və maaşı da daxil olmaqla artıq Bruma üçün 13 milyon avro xərcləyən Cimbom 8 milyon avrodan aşağı təklifləri nəzərdən keçirtmək istəmir.

 


Digər xəbərlər

Xəbər xətti