Ölkə prezidenti Messidən milliyə qayıtmasını xahiş etdi

10:54 28 İyun 2016

Argentina prezidenti Maurisio Makri ölkənin futbol üzrə yığmasının hücumçusu Lionel Messi ilə telefon bağlantısı qurub. 


Sportarena.az xəbər verir ki, prezident futbolçudan qərarını dəyişməsini, milli komandanı tərk etməməsini xahiş edib.

 
Məlumata görə, dövlət başçısının nümayəndəsi məlumatın düzgünlüyünü təsdiqləyib. 

 

Xatırladaq ki, ötən bazar ABŞ-da keçirilən Amerika Kubokunun finalında Çiliyə məğlubiyyətdən sonra Messi yığmada karyerasını başa vurduğunu bəyan edib.


Qeyd edək ki, həmin matçın oyun sonrası penaltilər seriyasında hücumçu üzərinə düşən penal zərbəsini dəqiq yerinə yetirə bilməyib və bu, yekun nəticəyə öz təsirini göstərib.


Digər xəbərlər

Xəbər xətti