İngiltərə milli komandasının baş məşqçisi Roy Hocson istefa verib.
Sportarena.az xəbər verir ki, Avropa çempionatının 1/8 final mərhələsində İslandiyaya (1:2) məğlubiyyətdən sonra mətbuat nümayəndələrinin önünə çıxan Hocson bunları deyib: "Mən çox məyusam. İngiltərənin bu mərhələdə mübarizədən kənarlaşdırılması qəbuledilməzdir. Bu mənim günahımdır. Buna görə də mən gedirəm. Daha 2 il də qala bilərdim, amma futbolda əsas olan nəticədir. Oyunçularım mənim tapşırıqlarımı yerinə yetirdilər. İnanıram ki, məndən sonra gələn məşqçi ilə onlar uğur qazanacaqlar".