"Zenit"in braziliyalı futbolçusu Halk Çinin "Şanxay Telleyz" klubuna transfer olunacaq.
Sportarena.az xəbər verir ki, bu barədə "TASS" xəbər agentliyi məlumat yayıb.
Məlumata görə, futbolçu sabah Çin klubunun bazasında müayinədən keçəcək.
Braziliyalı futbolçu Çin klubundan illik 12,5 milyon dollar əmək haqqı alacaq. Bundan əlavə, o, əlavə bonuslar da qazana biləcək.
"Zenit" isə Halkın transferindən 60 milyon dollar qazanıb. Lakin, Halk "Şanxay Telleyz"in heyətində 15-dən çox qol vuracaqsa Çin klubu "Zenit"ə əlavə bonuslar da ödəməli olacaq.
Qeyd edək ki, bir neçə gün öncə Halkın "Fənərbaxça" klubuna transfer olunacağı ilə bağlı məlumatlar yayılmışdı.