"Avro-2016"da Türkiyəni təmsil edən hakim Cüneyt Çakır üçün turnir erkən başa çatıb.
Sportarena.az xəbər verir ki, 40 yaşlı referi bu gün Türkiyəyə qayıdacaq.
Son olaraq İtaliya - İspaniya matçını (2:0) idarə edən referinin işi UEFA tərəfindən yüksək qiymətləndirilib.
Qeyd edək ki, UEFA C.Çakırdan əlavə, polşalı Şimon Marçiniak, ispaniyalı Karlos Velasko Karballo, və ingilis hakim Martin Atkinsonu da evinə yollayıb.