"Avro-2016"nın 1/8 finalında keçirilən İngiltərə – İslandiya matçının (1:2) ən yaxşı futbolçusu bəlli olub.
Sportarena.az xəbər verir ki, İslandiya millisinin müdafiəçisi Raqnar Siqurdsson matçın ən yaxşısı seçilib.
Qeyd edək ki, Siqurdsson komandasının bərabərlik qolunu vurmaqla yanaşı, müdafiədə etibarlı oyunu ilə də yadda qalıb.