Azərbaycanın 6 yaşlı istedadlı şahmatçısı Ziya Məmmədov 7 yaşlılar arasında Avropa çempionu olub.
Sportarena.az xəbər verir ki, şahmatçımız özündən böyüklər ilə mübarizə apararaq mümkün 9 xaldan 8 xal qazanıb.
Turnirin ikinci pilləsində İngiltərə millisinin bayrağı altında çıxış edən Royal Şiraz olub. Üçüncü pillədə isə Rusiyadan Vetoxin Savva qərarlaşıb. İlk onluqda Türkiyədən 4 şahmatçı yer tutub.