"Beşiktaş"ın futbolçusu yenə gecə klubunda dalaşdı

17:32 28 İyun 2016

“Beşiktaş”ın qalmaqallı futbolçusu Gökhan Törə yenə diqqət mərkəzinə düşüb.


Yarımmüdafiəçi növbəti dəfə dava-dalaşda iştirak edib. Belə ki, Türkiyə millisinin üzvü dostu ilə istirahət etdiyi Bodrumdakı gecə klubunda əyləndikdən sonra dayanacaqda bir azarkeşlə dalaşıb. Törə onun şəklini çəkmək istəyən şəxslə mübahisəyə girişib və onun ünvanına təhqirlər yağdırıb.
 

Bu sözlərə dözə bilməyən azarkeş belindəki silahı çıxararaq futbolçuya tərəf tutub. Lakin ətrafdakı insanların araya girməsi ilə yarımmüdafiəçi ilə dostu ordan uzaqlaşdırılıb, azarkeşi isə çətinliklə sakitləşdirmək mümkün olub.
 

Qeyd edək ki, bir neçə ay əvvəl Gökhan Törə bir gecə klubunda dava etdikdən sonra silahlı hücuma məruz qalmış və yaralanmışdı.


Digər xəbərlər

Xəbər xətti