PSJ Loran Blanla yollarını ayırdıqdan sonra yeni baş məşqçisi müəyyənləşib.
Sportarena.az xəbər verir ki, Paris klubu boş qalmış vəzifəyə ispaniyalı mütəxəssis Unai Emerini gətirib. 44 yaşlı məşqçi PSJ ilə 2018-ci ilə qədər müqavilə imzalayıb.
Qeyd edək ki, Unai Emerinin son klubu "Sevilya" olub.