"Fənərbaxça"nın əsas ulduzlarından biri Luiş Nani ilə yollarını ayırmaq ərəfəsindədir.
Klubun prezidenti Aziz Yıldırım jurnalistlərlə söhbəti zamanı qeyd edib ki, Luiş Naninin “Valensiya”ya keçidinə çox az qalıb.
29 yaşlı futbolçu ilə “sarı kanarya”nın müqaviləsi 2018-ci ilin yayında bitir. Lakin oyunçunun agenti Naninin karyerasını Türkiyədə davam etdirmək istəmədəiyini bildirib.
“Valensiya” oyunçuya görə “Fənərbaxça”nın tələb etdiyi 8.5 milyon avronu ödəməyə hazırdır. İspan klubunda bu informasiyanı təsdiq etməyiblər.
Qeyd edək ki, ötən mövsüm Luiş Nani "Fənərbaxça"nın heyətində 28 matç keçirmiş və 8 qol vurmuşdu.