Ulduz türk futbolçu Premyer Liqa yolunda

00:47 29 İyun 2016

Klubun əsas qol silahlarından olan Sadio Maneni “Liverpul”a göndərən “Sauthempton” heyətini türk futbolçu ilə gücləndirmək istəyir.

Sabah qəzetinə istinadən offside.com.az xəbər verir ki, “müqəddəslər”  üçün Ahmed Musa ilə birlikdə əsas transfer hədəfi “Beşiktaş”lı Gökhan Töredir.

Ahmed Musa üçün 25 milyon avro ödəməyə hazır olan klub, türk futbolçu üçün 9 milyon avrosundan keçməyə hazırdır. Töreni transfer etmək istəyən digər bir Premyer Liqa klubu “Vest Hem” isə oyunçuya görə 8 milyon avro təklif etmişdi.

“Beşiktaş” isə Töreni 15 milyon avrodan ucuz satmaq istəmir.

24 yaşlı Töre ötən mövsüm 24 matçda 4 qol vura bilmişdi.


Digər xəbərlər

Xəbər xətti