Terror planları pozdu: "Daçiya" və azərbaycanlı hakimlər hava limanında qaldı

11:06 29 İyun 2016

Türkiyənin İstanbul şəhərindəki Atatürk Hava Limanında baş vermiş partlayışla əlaqədar Heydər Əliyev Beynəlxalq Hava Limanından qardaş ölkəyə uçuş səhər saatlarınadək təxirə salınıb. 


Sportarena.az xəbər verir ki, yüzdən çox insan İstanbula və oradan başqa ölkələrə uça bilməyib. 


Onların arasında idmançılar çoxluq təşkil edir. Xüsusən, "Kəpəz"lə Avropa Liqası matçından qayıdan Moldovanın "Daçiya" komandası, Avrokubok oyunlarına təyinat alan azərbaycanlı hakimlər, Bakıdakı atıcılıq üzrə Dünya Kubokundan qayıdan Fransa yığmasının üzvləri və Malta "Baltsan"ı ilə Avroliqanın I təsnifat mərhələsinin ilk oyununa yollanan "Neftçi" klubunun nümayəndələri və jurnalistləri qeyd etmək olar. 
 

Atatürk Hava Limanındakı hadisə zamanı idman ictimaiyyətinin nümayəndələri də orada olub. Azərbaycan Çimərlik Futbolu Federasiyasının prezidenti Fərid Novruzi, "Qəbələ" Futbol Akademiyasının rəhbəri Halim Fıçıcı, "CBC Sport"un rəhbəri Volkan Üst, "Bakı"nın sabiq vitse-prezidenti Tunc Afşar və digərləri özlərini təhlükəsizlik şəraitində hiss etdiklərini bildiriblər.


Qeyd edək ki, Bakı - İstanbul reysi ilə uçuş 02:30-a nəzərdə tutulmuşdu (Report)


Digər xəbərlər

Xəbər xətti