Gimnastımız dünya kuboku yarışlarında qızıl medal qazandı

15:17 29 İyun 2016

Portuqaliyanın Anadiya şəhərində idman gimnastikası üzrə “Challenge” seriyasına aid dünya kuboku yarışları keçirilib.

 

Sportarena.az xəbər verir ki, ölkəmizi “Rio-2016” Olimpiya Oyunlarında təmsil edəcək Oleq Stepko paralel qollarda qızıl medal qazanıb. O, bu alətdə çıxışına görə hakimlərdən 15.800 xal alıb.

 

Sərbəst hərəkətlərdə və halqalar üzərində çıxışına görə də finala yüksələn idmançımız hər iki növdə 7-ci nəticə göstərib.

 

O.Stepko ilə birgə paralel qollarda finala vəsiqə qazanmış digər təmsilçimiz Petro Paxnyuk isə 5-ci olub.


Digər xəbərlər

Xəbər xətti