Üzgüçülük üzrə keçirilən Latviya açıq çempionatında idmançılarımız 2 qızıl, 1 gümüş medal qazandılar.
Sportarena.az xəbər verir ki, Alkərəmova Fatimə 200 m məsafəyə sərbəst üsul ilə üzməkdə qızıl medal qazandı. 400 m məsafəyə isə sərbəst üsulla üzməkdə Alkərəmova Fatimə gümüş medal qazandı.
Komandamıza digər qızıl medalı isə Maksim Şembereyev qazandırmış oldu. Belə ki, üzgüçümüz 400 m məsafəyə qarışı üsulla üzməkdə qızıl medal qazandı.
Qeyd edək ki, Latviya açıq çempionatı Rio Olimpiadasına lisenziya xarakterlidir.