Argentinanın paytaxtı Buenos-Ayresdə Argentina millisi ilə vidalaşan Lionel Messi üçün heykəl ucaldılıb.
Sportarena.az xəbər verir ki, heykəlin açılışı zamanı şəhər meri Orasio Rodriges Larreta qərarını dəyişməsi üçün Messiyə müraciət edib.
"Bir futbol azarkeşi kimi səndən xahiş edirəm, Leo, qərarını dəyiş. Sənə olan sevgimiz və dəstəyimizin əlaməti olaraq Paseo de la Qloriyada sənə heykəl ucaldırıq", - deyə mer bildirib.
Qeyd edək ki, Argentina yığmasının və "Barselona"nın ulduzu Lionel Messi millidə karyerasını başa vurub. Messi Amerika Kubokunun finalında Çiliyə məğlubiyətdən sonra bu qərara gəlib.