"Qalatasaray" daha bir futbolçusu ilə yollarını ayırıb.
Sportarena.az xəbər verir ki, "aslanlar"ın yarımmüdafiəçisi Joze Rodrigez Almaniyanın "Maynts" klubuna transfer olub.
Bu barədə Almaniya klubunun rəsmi saytı məlumat yayıb yayıb. Məlumata görə, ispaniyalı futbolçu ilə 4 illik müqavilə imzalanıb.
Qeyd edək ki, ötən il Madrid "Real"ından transfer olunan 22 yaşlı Rodrigez superliqada 14 oyuna çıxıb.