Avstriya millisinin müdafiəçisi Kristian Fuks yığmadakı karyerasını başa vurub.
Sabiq kapitan "Avro-2016"da uğursuz çıxış edən Avstriya millisindən getməyə qərar verib. O, bununla bağlı səhifəsində yerləşdirdiyi videoda yığmadakı çıxışını yekunlaşdırdığını açıqlayıb.
Qeyd edək ki, 2006-cı ildən Avstriya millisində oynayan Fuks keçirdiyi 78 oyunda 1 qol vurub.