Çin klubları Avropada top qovan ulduzları heyətinə qatmaqda davam edir.
Sportarena.az xəbər verir ki, asiyalıların bu dəfə Halkı transfer edib.
Sven-Yoran Erikssonun çalışdırdığı "Şanxay SIPG" klubu braziliyalı futbolçunu heyətinə qatıb. Çinlilər bu transferə görə "Zenit"ə 58 milyon avro ödəyəcək. Halkın özü isə ildə 20 milyon avro maaş alacaq.