"Qəbələ" darmadağınla, "Neftçi" 2 qolla qələbə qazandı - YENİLƏNİB

22:50 30 İyun 2016

Bu gün “Neftçi” və “Qəbələ” klubları Avropa Liqasının I təsnifat mərhələsində ilk oyunlarını keçirəcəklər.

Sportarena.az xəbər verir ki, Bakı klubu səfərdə, Qəbələ təmsilçisi isə paytaxtda meydana çıxacaq.

“Neftçi” Maltada “Baltsan”ın qonağı olacaq. “Hibernians” stadionunda keçiriləcək matçın start fiti Bakı vaxtı ilə saat 20:00-da səslənəcək. Ötən il Avrokuboklarda uğursuzluqla üzləşən paytaxt təmsilçisi səfərdən sərfəli nəticə ilə dönməyə çalışacaq. Cütün qalibi “Şkendiya” (Makedoniya) və “Krakoviya” (Polşa) komandalarının güclüsü ilə II təsnifat mərhələsində üz-üzə gələcək.

“Qəbələ” isə “Bakcell Arean”da Gürcüstan “Samtredia”sını sınağa çəkəcək. Ötən il müsbət çıxışı ilə Avropa Liqasının qrup mərhələsinə yüksələn Roman Qriqorçukun rəhbərlik etdiyi komanda ötənilki çıxışını davam etdirməyə çalışacaq. İki oyunun nəticəsinə əsasən II təsnifat mərhələsinə yüksələn komanda “Aktobe” (Qazaxıstan) – MTK (Macarıstan, Budapeşt) cütünün qalibi ilə qarşılaşacaq.

 

Avropa Liqası, I təsnifat mərhələsi, ilk oyunlar

20:00. “Neftçi” (Azərbaycan) – “Baltsan” (Malta) 2:0

21:00. “Qəbələ” (Azərbaycan) – “Samtredia” (Gürcüstan)  5:1

 

Qeyd edək ki, cavab görüşləri iyulun 7-də keçiriləcək.

 


Digər xəbərlər

Xəbər xətti