"Avro 2016"da İspaniya millisinin heyətində uğurlu çıxışı ilə seçilən 30 yaşlı futbolçu cari klubu “Selta”nı ingilis nəhənginə dəyişib
“Şəhərlilər” İlkay Gündoğandan sonra Nolitonun keçidini də həll ediblər.
Yeni çalışdırıcı Pep Qvardiolanın çoxdandı maraq dairəsində olan “Selta”nın yarımmüdafiəçisi ilə artıq hərtərəfli razılığa gəlinib. Hazırda Parisdə olan ulduz futbolçu yaxın günlərdə İngiltərəyə yollanacaq və rəsmi müqaviləyə qol çəkəcək.
30 yaşlı oyunçu yeni komandası ilə 3+1 illik müqavilə imzalayacaq. Bu transfer “Selta”ya 18 milyon avro qazandıracaq.
Qeyd edək ki, “Barselona”nın sabiq üzvü 2013-cü ildən “Selta”nın formasını geyinir.