"Azərbaycan millisi seçmə mərhələdə bütün komandalar üçün çətin rəqib olacaq"

14:51 30 İyun 2016

Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki DÇ-2018-in seçmə mərhələsi haqda fikirlərini bölüşüb. 47 yaşlı mütəxəssis Xorvatiya mətbuatına açıqlamasında bunları deyib:

"Azərbaycan millisi hazırda inkişafdadı. İndiyə kimi bir neçə yaxşı nəticəyə imza atmışıq

Ümid edirəm ki, Azərbaycan millisi növbəti seçmə mərhələdə bütün komandalar üçün çətin rəqib olacaq. Əsas məqsədimiz də elə budu. 

Rusiyada keçiriləcək dünya çempionatının final mərhələsinə vəsiqə qazanacağımızı söyləmək çətindi. Bu mövzu haqda çox danışa bilərəm. Ancaq ümumilikdə hər şey o qədər də pis deyil".

DÇ-2018-in C qrupunda yarışacaq millimiz Almaniya, Çexiya, Norveç, Şimali İrlandiya və San Marino ilə yığmaları ilə mübarizə aparacaq.


Digər xəbərlər

Xəbər xətti