İngiltərə Futbol Assosiasiyası Roy Xocsonun istefasından sonra yeni baş məşqçi axtarışlarını davam etdirir.
The Telegraph-ın məlumatına görə siyahıda Loran Blan , Slaven Biliç və vaxtilə millini çalışdıran Qlen Xoddl var.
Əlavə edək ki, gənclər yığmasının çalışdırıcısı Qaret Saytqeytə bu postla bağlı təklif edilsə də o , millinin baş məşqçisi olmaq istəməyib.