Üzgüçülərimizdən 4 qızıl, 1 gümüş medal

21:52 30 İyun 2016

Üzgüçülərimiz 92-ci Latviya çempionatında 4 qızıl, 1 gümüş medal qazanıblar.

 

Sportarena.az xəbər verir ki, “Rio-2016” Olimpiya Oyunlarına lisenziya xarakterli turnirdə milli komandamızın üzvü Fatimə Alkərəmova 800 metr məsafəyə sərbəst üsulla yarışda qızıl medala sahib olub. O, 400 metr məsafəyə sərbəst üsulda isə yarışın gümüş medalını qazanıb.


“Rio-2016”da iştirak hüququ qazanan Maksim Şemberyev isə Riqa turnirində bir daha bu növ lisenziyanı təsdiqləyib. Üzgüçümüz 400 metr məsafəyə qarışıq və 1500 metr məsafəyə sərbəst üsulla yarışlarda birinci olub. Maksim Şemberyev bu nəticələrlə həm Latviya, həm də Azərbaycan rekordlarını təzələyib.


Digər xəbərlər

Xəbər xətti