Fransanın paytaxtı Parisdə yerləşən Eyfel qülləsi Türkiyə bayrağının rəngində işıqlandırılıb.
Avropa çempionatının keçirildiyi ölkə İstanbul şəhərinin Atatürk adına Beynəlxalq Hava Limanında törədilən terror aktlarından sonra Türkiyəyə dəstək olaraq bu addımı atıb.
Bakı vaxtı ilə saat 02:00-dan etibarən qüllə "ağ-qırmızı" fonda olub.
Qeyd edək ki, Eyfel qülləsində Avropa çempionatı müddətində sosial şəbəkədə ən çox dəstək alan ölkənin bayrağı yer alır.