"Bu, texniki personalın səhvi idi" - Giya Tsedsadze

23:40 30 İyun 2016

“Qəbələ”ni təbrik edirəm. Çox yaxşı oynadılar və layiqli qələbə qazandılar”. 


Sportarena.az xəbər verir ki, bu sözləri “Samtredia” klubunun baş məşqçisi Giya Tsedsadze deyib.
 
Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunları çərçivəsində “Qəbələ”nin qonağı olan Gürcüstan təmsilçisi meydanı böyük hesablı məğlubiyyətlə (1:5) tərk edib. Oyundan sonra baş tutan mətbuat konfransında Tsedsadze matçla bağlı fikirlərini bölüşüb: “Çalışacağıq bu oyunları təhlil edək və növbəti matçlarda daha yaxşı çıxış edək”.

 
- İçəri girən kimi, suya əl atdınız. Məğlubiyyət sizi əsəbləşdirib?
- İstinin günahıdı.
 

- Komandanızın 3 nömrəli futbolçusu bir hissə 18 nömrədə çıxış etdi. Buna görə texniki məğlubiyyət ala bilərsiz. 1:5 hesabı ilə məğlub olduğunuzu nəzərə alsaq, texniki məğlubiyyət üçün UEFA-dan xahiş edəcəksinizmi?
- Bu, texniki personalın səhvi idi.
 

- Böyükhesablı məğlubiyyət gözləyirdiz?
- Xeyr.
(Apasport.az)


Digər xəbərlər

Xəbər xətti