Voleybolçu qadınlardan ibarət Azərbaycan millisi bu gün Avropa Liqasının final mərhələsinin ilk oyununa çıxıb.
Sportarena.az xəbər verir ki, Nitra şəhərində İdman Sarayında keçirilmiş görüş millimizin Slovakiya üzərində qələbəsi ilə yekunlaşıb - 3:1. Bununla da komandamız iyulun 3-də keçiriləcək cavab görüşü öncəsi böyük üstünlük əldə edib.
Cavab oyunu iyulun 3-də Bakıda keçiriləcək.