Azərbaycanın bayraqdarı rəsmən elan edildi

13:16 1 İyul 2016

Rio-de-Janeyroda təşkil olunacaq XXXI Yay Olimpiya Oyunlarında Azərbaycan komandasının bayraqdarı müəyyənləşib. 


Sportarena.az xəbər verir ki, bu, boksçumuz Teymur Məmmədovdur.

 

Bunu Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə deyib.


“Biz bayraqdarın adını Olimpiya Oyunlarının açılışına bir həftə qalmış təqdim edəcəyik. Bu, bir çox məsələdən, o cümlədən idmançının açılış mərasimində olub-olmamasından asılıdır. Biz bayraqdarı güləşçilərdən, taekvondoçulardan da seçə bilərdik. Ancaq həmin vaxt onlar Braziliyada olmayacaqlar. Onlar yarışa hazırlaşdıqları üçün bir müddət sonra gələcəklər”, - deyə vitse-prezident bildirib.


Digər xəbərlər

Xəbər xətti