Rusiyalı idmançılar Rio-de-Janeyro Yay Olimpiya Oyunlarından kənarlaşdırıldı

13:44 1 İyul 2016

Beynəlxalq Akademik Avarçəkmə Federasiyası (FİSA) Rusiyanın kişilərdən ibarət akademik avarçəkmə komandasını dopinq-testdən keçə bilmədiyi üçün diskvalifikasiya edib. 

 

Sportarena.az-ın məlumatına görə, 4 nəfərlik qoşa avarlı qayıqda çıxış edən avarçəkənlər 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında iştirak etməyəcək. Onları Yeni Zelandiya komandası əvəz edəcək.

 

FİSA-nın saytında bildirilir ki, 2004-cü ilin olimpiya çempionu Sergey Fyodorovtsevdən mayın 17-də götürülmüş dopinq-test müsbət nəticə verib. Onun qanında istifadəsi yasaqlanmış trimetazidin maddəsi aşkar edilib. Təkrar test də müsbət nəticə verib. S.Fedorovtsevin testdən keçdiyi tarixdən sonrakı bütün nəticələri ləğv edilib.

 

Qeyd edək ki, son vaxtlar rusiyalı idmançıların dopinqdən istifadəyə görə diskvalifikasiya olunması və Olimpiadadan kənarlaşdırılması geniş vüsət alıb.


Digər xəbərlər

Xəbər xətti