"Avro-2016”nın 1/4 finalında keçirilən Polşa – Portuqaliya matçının (1:1) ən yaxşı futbolçusu bəlli olub.
Portuqaliya millisinin futbolçusu Renato Sançes oyunun ən yaxşısı seçilib.
Qeyd edək ki, Sançes görüşün 33-cü dəqiqəsində komandasının bərabərlik qolunu vurub. Onun komandası penaltilər seriyasında polşalıları üstələyərək (5:3) yarımfinala yüksəlib.