Renato Sançez Portuqaliya tarixinə keçdi

01:27 2 İyul 2016

Ötən gün Polşa ilə oyunda qol vuran gənc futbolçu Renato Sançez böyük uğura imza atıb.

Belə ki, o Portuqaliyanın heyətində Avropa çempionatlarının final mərhələsində ən gənc yaşda qol vuran futbolçu ünvanını əldə edib. İndiyə kimi bu uğur məhz komandanın hazırkı kapitanı Kriştiano Ronaldoya məxsus idi. O 19 yaş 146 günlüyündə fərqlənməyi bacarmışdı. Renato Sançez isə  18 yaş 317 günlüyündə fərqlənərək rekorda imza atıb.


Digər xəbərlər

Xəbər xətti