Cüdoçumuz erməniyə qalib gələrək Avropa çempionu oldu

10:30 2 İyul 2016

Azərbaycanın yeniyetmə cüdoçuları Finlandiyada keçirilən Avropa birinciliyinin ilk günü möhtəşəm qələbələrə imza atıblar. 

 

Sportarena.az xəbər verir ki, cüdoçularımız qitənin nüfuzlu yarışında 2 qızıl və 1 bürünc medal qazanıblar.

 

50 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Rövşən Əliyev Ermenistan, Rumıniya ve Macarıstan cüdoçularını məğlub edərək qızıl medala sahib olub.
55 kq çəki dərəcəsində mübarizə aparan Əhməd Yusifov isə Türkiye, Hollandiya, Serbiya, İtaliya və Belarus təmsilçilərinə qalib gələrk Avropa çempionu adını qazanıb.

 

50 kq çəki dərəcəsində çıxış edən Raşxan Baxşəliyev isə yarımfinalda komanda yoldaşı - bu çəkidə qızıl medal qazanmış Rövşən Əliyevə uduzaraq bürünc medal uğrunda mübarizəyə qoşulub. Bürünc medal uğrunda mübarizədə israilli İdo Rab üzərində qələbəye sevinen Baxşəliyev milli komandamıza növbəti medalı qazandırıb.

 

Qeyd edək ki, 41 ölkədən 421 idmançının (238 oğlan, 183 qız) mübarizə apardığı Avropa çempionatında Azərbaycan millisi 16 cüdoçu (10 oğlan, 6 qız) ilə təmsil olunur.


Digər xəbərlər

Xəbər xətti