"Empoli"nin keçmiş baş məşqçisi Marko Campaolo "Sampdoriya"nı çalışdıracaq.
Sportarena.az xəbər verir ki, Canluka Di Marsionun verdiyi məlumata görə, Campaolo artıq Genuya klubunun ofisinə gəlib və 2 illik müqaviləyə imza atıb.
Yaxın günlərdə bu barədə rəsmi məlumat veriləcək.
Qeyd edək ki, bir müddət əvvəl onun "Milan"ı çalışdıracağı söylənilirdi. Lakin "rossonyerlər" Vinçenso Montellaya üstünlük verdi.