"Qalatasaray" Sneyderi hər gün 10 min avro cəzalandıracaq

15:30 2 İyul 2016

"Qalatasaray"ın hollandiyalı ulduzu Uesli Sneyderin yeni mövsüm öncəsi klubun məşqlərinə qoşulmaması ilə bağlı iddialar hər gün artmağa başlayıb. 

 

Sportarena.az xəbər verir ki, ulduz futbolçunun "Qalatasaray"ın  yeni mövsüm öncəsi ilk məşqində iştirak etməməsinin səbəbi müəyyənləşib.

 

Məlumata görə, hollandiyalı yarımmüdafiəçi oğluna görə məşqlərə qoşula bilməyib. U.Sneyderin bununla bağlı klubun baş məşqçisinə məlumat verdiyi bildirilib. Buna baxmayaraq, klubun rəhbərliyi oyunçunun bu addımından narazı qaldığı və İstanbulda olmadığı hər gün üçün onu 10 min avro ilə cəzalandıracağı iddia edilir. 

 

Qeyd edək ki, U.Sneyderin iyulun 7-i İstanbula gedərək məşqlərə qatılacağı gözlənilir.


Digər xəbərlər

Xəbər xətti