"Çelsi" üç futbolçusu ilə yollarını ayırdığını rəsmən açıqlayıb. Klubun rəsmi saytının verdiyi məlumata görə, bunlar Radamel Falkao, Aleşandro Pato və qapıçı Marko Ameliyadır.
"Çelsi"də icarə əsasında oynayan Falkao "Monako"ya, Pato isə "Korintians"a qayıdıb. London klubu ilə müqaviləsi başa çatan Ameliya isə azad agent statusu alaraq komandadan ayrılıb.