UEFA "Avro-2016"nın 1/4 final mərhələsinin Polşa - Portuqaliya oyunu ilə bağlı intizam işi açıb.
Qurumun belə bir addımın atımasına əsas səbəb, sözügedən qarşılaşmada hər iki yığmanın azarkeşlərinin pirotexnki vasitələrdən istifadə etməsi olub.
İntizam Komitəsinin bununla bağlı qərarını iyulun 21-də açıqlayacağı bildirilib.
Qeyd edək ki, Polşa - Portuqaliya görüşünün əsas və əlavə vaxtı 1:1 hesabı ilə başa çatıb. Penaltilər seriyasında 5:3 hesabı ilə qalib gələn Portuqaliya yarımfinala yüksəlib.