Azərbaycanlı qrossmeysterlər FİDE-nin reytinq cədvəlində

17:30 2 İyul 2016

Beynəlxalq Şahmat Federasiyası rapid və blits üzrə bu il iyulun 1-nə olan növbəti reytinq cədvəlini dərc edib.


Sportarena.az xəbər verir ki, azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov rapid üzrə səkkizinci mövqedə (2791) qərarlaşıb. Teymur Rəcəbov doqquzuncu (2788), Qadir Hüseynov qırxıncı (2714), Arkadi Naydiç səksən altıncı (2672), Rauf Məmmədov səksən səkkizinci (2670) pilləni tutub.


Reytinq cədvəlində ilk üç yer norveçli Maqnus Karlsen (2894), amerikalı Hikaru Nakamura (2839) və rusiyalı Sergey Karyakinə (2818) məxsusdur.


Blits reytinq siyahısında Azərbaycan şahmatçısı Teymur Rəcəbov onuncu pillədədir (2800). Rauf Məmmədov on səkkizinci (2770), Şəhriyar Məmmədyarov otuzuncu (2748), Qadir Hüseynov altmış yeddinci (2676), Eltac Səfərli yetmişinci (2673) yerdədir.


Dünya liderlər üçlüyündə vəziyyət belədir: çinli Din Lijen (2875), norveçli Maqnus Karlsen (2873) və amerikalı Hikaru Nakamura (2842).(azərtac)


Digər xəbərlər

Xəbər xətti