“Avro-2016”nın 1/4 finalında keçirilən Almaniya – İtaliya oyununun ən yaxşı futbolçusu müəyyənləşib.
Sportarena.az xəbər verir ki, Almaniya millisinin qapıçısı Manuel Noyer matçın ən yaxşısı seçilib.
Qeyd edək ki, təcrübəli qolkiper penaltilər seriyasında iki zərbəni dəf edərək komandasını yarımfinala çıxmasında böyük pay sahibi olub.