Çinin "Pekin Quoan" klubunda forma geyinən Türkiyə millisinin üzvü Burak Yılmaz qalmaqala səbəb olub.
Sportarena.az xəbər verir ki, hadisə Çin Super Liqasının XVI turunda baş tutan "Henan Jianye” – "Pekin Quoan" matçında qeydə alınıb. Belə ki, Türkiyə millisinin üzvü oyun zamanı rəqib komandanın futbolçusu Jinbao Zonqa qarşı sərt oynayaraq futbolçunu yerə yıxıb. Bundan sonra rəqib komandanın futbolçusu ilə Burakın arasında münaqişə yaranıb. Hadisəyə müdaxilə edən "Henan Jianye"nin futbolçuları Burakın üstünə hücum çəkib. Digər futbolçuların müdaxiləsindən sonra ara sakitləşib.
Burak sərt hərəkətinə görə hakim tərəfindən sarı vərəqə ilə cəzalanıb.