Pep Qvardiolanın “Mançester Siti”də yeni köməkçisi müəyyənləşib.
Bu geridə qoyduğumuz son mövsümdə futbolçu karyerasını bitirən ispan yarımmüdafiəçi Mikel Artetadır. O yeni qərarından sonra bu sözləri deyib.
“Mən “Arsenal”dakı 5 ilimə görə çox şadam və belə böyük klubda kapitan olmaq şərəf idi. Pep Qvardiola və onun klubuna qoşulmaq böyük şansdır və mən gələcək üçün həyəcanlıyam”.