"Daçiya"– "Kəpəz" matçını idarə edəcək hakimlər bəlli oldu

11:11 4 İyul 2016

Avropa Liqasının birinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək "Daçiya"– "Kəpəz"  oyununun hakimləri müəyyənləşib.

Sportarena.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, qarşılaşmanı Laşa Silagavanın başçılıq etdiyi gürcüstanlı hakimlər briqadası idarə edəcək. Ona Zaza Menteşaşvili və Levan Todria köməklik edəcək. Dördüncü hakim funksiyasını isə Goga Kikaçeişvili yerinə yetirəcək.

Qeyd edək ki, "Daçiya"– "Kəpəz"  oyunu iyulun 7-də Moldovanın Speya şəhərindəki eyniadlı stadionda keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti